Fransanın PSJ klubunun hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara “Google” “Yahoo” ilə məhkəmədən qalib ayrılıb.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun menecerliyini edən Nara adıçəkilən şirkətlərin onun seks videosunun yayılması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

35 yaşlı Nara onları məhkəməyə verib və qalib gəlib. “Google” və “Yahoo” ödəyəcəyi təzminatın məbləği açıqlanmayıb.

Qeyd edək ki, Vanda Nara 2013-cü ildə hücumçu Maksi Lopesdən qalmaqallı şəkildə ayrıldıqdan bəri Mauro İkardi ilə birlikdə yaşayır.