Münhen "Bavariya"sından "Liverpul"a transfer edilən Tiaqo Alkantaranın xanımı Culia Viqas buna etiraz edib.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, o, İngiltərəyə köçmək niyyətində deyil.
Belə ki, Viqas əvvəlcədən bütün planlarını İspaniya üzərində qurub. O, Tiaqonun "Barselona"ya transfer olunmasını istəyirmiş.
Qeyd edək ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisi 25 milyon funt qarşılığında "Liverpul"a transfer edilib.