Argentina kanallarının birində maraqlı bir fikir səsləndirilib.

Offsideplus.az xəbər verir ki, futbol ekspertlərindən biri oyun qaydalarına dəyişilik edilməsinin vacibliyini bildirib.

Mütəxəssis künc və cərimə zərbələrinin ləğv edilməsini istəyib:

"Koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyada futbol bərpa edildikdən sonra bir müddət ehtiyatlı olmalıdır. Bu mənada oyun zamanı ən çox korner və cərimə zərbələri yerinə yetirilərkən futbolçuların bir araya toplandığı və təhlükənin qarşısının alınması üçün bunun bir müddətlik ləğvi mümkündür".