PSJ-nin sabiq futbolçusu Xese Rodriges Paris klubunun prezidenti Naser Əl-Xelaifini futbolçulara münasibətindən bəhs edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Movlihavk" nəşri məlumat yayıb. Hücumçu bunlar söyləyib:

"PSJ-də mənimlə çox pis davrandılar və bu, mənə "Real"ın dünyanın ən yaxşı klubu olduğunu başa saldı. Mən PSJ-də ilk oyunumda məhsuldar ötürmə verməklə debüt etmişdim, amma sonra kor bağırsağım səbəbindən iki ay yaşıl meydanlardan kənarda qaldım. Qış gələndə isə mənə dedilər ki, getməliyəm. Prezident Nasser Əl-Xelaifini məni ümumiyyətlə görmək istəmədi. Bilmirəm, bəlkə də futbolçu kimi məndən daha çox həyat yoldaşımı (Aura Ruis) bəyənirdi. Onlar heç bir izahat vermədilər. Çox qazanc əldə etmək olardı, amma münasibət düşkün idi. Mən "Real"ın hər xüsusda daha yaxşı olduğunu başa düşdüm".