Bu gün Avropa Liqasının əsas mərhələsinin VI turunda "Elfsborq" "Qarabağ"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, "Neftçi"nin sabiq idman direktoru Yens Andersson görüş haqda fikirlərini bildirib. 52 yaşlı mütəxəssis "Bt.se" saytına açıqlamasında bunları söyləyib:
"Məncə, "Qarabağ" ötən mövsüm daha güclü idi. "Elfsborq"un bu görüşdə işi çətin olacaq".