"Lill" klubunun futbolçusu Tyaqo Santos ağır zədə aldığından cari mövsümü erkən başa vurub.

Offsideplus.az bu haqda klubun mətbuat xidmətinə istinadən xəbər verir.

22 yaşlı cinah müdafiəçidə çarpaz bağının qopması aşkarlanıb. O, bu yaxınlarda əməliyyat olunacaq və gələn mövsümə qədər yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Transfermarkt" internet-portalı sözügedən oyunçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.