"Bayern"nin və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix PSJ-yə transfer ola bilər.

Offsideplus.az xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl parislilərin 29 yaşlı futbolçu ilə maraqlandığını təsdiqləyib və Kimmixin artıq onlarla əlaqə saxladığını bildirib.

Lakin, klub onun və Camal Musialanın "Bayern"nin siması olaraq qalmasını arzulayır. 

Daha əvvəl "Barselona" da bu futbolçu ilə maraqlanırdı. Bir zamanlar Kimmix ilə işləyən "Barselona"nın baş məşqçisi Hansi Flik isə bu transferi tam dəstəkləyir.