"Qalatasaray" klubunda 3 itki var.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Yanq Boys"la cavab oyununa itkilərlə çıxacaq. Fernando Muslera bugünkü oyunda zədələnərək meydanı tərk etməli oldu. Davinson Sançes də zədəlilər sırasındadır.  Abdülkerim Bardakçı isə cəzalıdır.

Qeyd edək ki, ilk oyunda "Yanq Boys" 3:2 hesablı qələbə qazanıb.