Aleksis Sançez karyerasını Fransada davam etdirmək istəyir.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, çilili yenidən "Marsel"ə qatıtmağı arzulayır.
Hazırda azad agent statusunda olan 35 yaşlı oyunçu son mövsümü "İnter"də keçirib. O, adıçəkilən kubda 33 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Aleksis 2022/23 mövsümündə Liqa 1 təmsilçisinin formasını geyinib. O, sözügedən komandanın heyətində 44 matçda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.