PSJ-nin futbolçusu Markinyos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində  "Əl-İttihad" maraqlıdır.

30 yaşlı futbolçu özü də bu keçidin əlehinə deyil. Lakin Liqa 1 təmsilçisinin bu təklifə nə cavab verəcəyi bilinmir.

2013-cü ildən Paris klubunun heyətində çıxış edən braziliyalının komanda ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

Müdafiəçi geridə qalan mövsümdə 36 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.