Liqa 1-in növbəti mövsümündə oynamaq hüququ uğrunda “Sent-Etyen”lə “Mets” arasında keçiriləcən cavab matçından əvvəl komandaların azarkeşləri arasında kütləvi dava olub.
Offsideplus.az xəbər verir ki, çaxnaşmada 150-yə yaxın insan iştirak edib. Bu toqquşma oyun günü Metz dəmir yolu stansiyasının arxasında baş verib. Polis sürətlə müdaxilə edərək gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıdıb. Nəticədə 7 nəfər həbs edilib.