“Monako” futbolçusu Cibril Sidibe ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, fransalı müdafiəçi  AEK klubuna transfer olunub. Bu barədə Yunanıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı oyunçu ilə 2 illik sözləşmə imzalanıb

Qeyd edək ki, Sidibe 2016-cı ildən “Monako”da çıxış edirdi. O, bu müddətdə knyazlıq təmsilçisində 174 oyun keçirib və 6 qolla yadda qalıb.