PSJ-nin yeni baş məşqçi olacaq Kristof Qaltye transfer çalışmalarına başlayıb.

 Offsideplus.az xəbər verir ki, 55 yaşlı mütəxəssis "Lill"də birlikdə işlədikləri portuqaliyalı futbolçu Renato Sançeslə danışıqlar aparır. 24 yaşlı yarımmüdafiəçi özü də Fransa nəhənginə keçmək niyyətindədir. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.

Onun "Lill"lə müqaviləsi 2023-də başa çatır.

Qeyd edək ki, Sançes ötən mövsüm komandasıyla 32 matçda 2 qol və 5 məhsuldar ötürmə edib.