Anxel di Mariya PSJ-ni tərk edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi komanda ilə vidalaşıb. Onun müqaviləsi bu yay başa çatırdı.
Qeyd edək ki, Argentina millisinin üzvü 2015-ci ildən Paris klubunun şərəfini qoruyurdu. O, azad agent olaraq "Yuventus"a keçəcək.