"Monako" baş məşqçisi ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 50 yaşlı mütəxəssis Niko Kovaçı istefaya göndərib.
Xorvatiyalı çalışdırıcının rəhbərliyi ilə "Monako" bu mövsüm Liqa 1-də 8 qələbə 5 bərabərlik və 6 məğlubiyyət almışdı.
Qeyd edək ki, o, 2020-ci ildən bu vəzifədə idi.