PSJ-nin ulduzu Anxel Di Mariya klub tarixində ən çox assist edən futbolçu olmağı arzulayır.

Offsideplus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Paris Sen-Jermen" tarixi boyu ən çox məhusldar ötürmə verən Safet Suşiçin rekordunu qırmaq istəyir. Bu barədə 33 yaşlı futbolçu özü açıqlama verib:

"100 assistə çata bilməyim barədə bir az narahatam. Bunu əldə etmək mənim üçün çox önəmlidir. Təbii ki, daha vacibi 104 assistə imza atıb, Suşiçin rekordunu geridə qoymaqdır".

Qeyd edək ki, 1982–1991-ci illərdə PSJ-nin şərəfini qorumuş Safet Suşiç bu müddət ərzində 104 assist edərək klub tarixinə düşüb. İkinci pillədə 99 məhsuldar ötürmə ilə Anxel Di Mariya qərarlaşıb.