Xulen Lopeteqinin qovulmasından sonra “Real”ın müvəqqəti baş məşqçisi təyin olunan Santiaqo Solarinin bir vaxtlar “Barselona”nın hücumçusu Lionel Messi haqqında dediyi sözlər gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 2011-ci ildə futbolçu karyerasını bitirən argentinalı mütəxəssis 2012-ci ildə verdiyi reportajların birində Messini tərifləmişdi:

“Messi hər dəfə ayağını topa toxundurduqda, dünya yellənir, rəqiblər səssizliyə bürünür. Rəqib komandanın baş məşqçiləri əllərini başlarına qoyurlar və baş verəcək fırtınanı gözləyirlər. Çünki başqa şansları yoxdur. Ardınca hava qaralır və qol vurulur”.

42 yaşlı mütəxəssis eyni zamanda, Kriştiano Ronaldoyla Lionel Messini müqayisə etmişdi:

“Kriştiano Ronaldo bu dünyanın ən yaxşı futbolçusudur, çünki Messi başqa bir dünyada oynayır. Onun etdiklərini heç kim edə bilməz. Qarşısıalınmaz biridir. Sanki insan deyil”.

 

Komanda.az