"Milan"nın baş məşqçisi dəyişilə bilər.
Offsideplus.az xəbər verir ki, mövsümün əvvəlində klubun "sükanı arxası"na gətirilən Paulo Fonseka istefaya göndərilməyə çox yaxındır. Bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Belə ki, komanda liqada oynadığı son 4 matçın 2-dən bərabərlik, 1-dən məğlubiyyət, 1-dən isə qələbə ilə ayrılıb. Çempionlar Liqasında "Liverpul"a da evində 3:1 hesabıyla məğlub olduqdan sonra Milan derbisində "İnter"ə yalnız qalib gəlmək şərtilə komandada saxlanılacağı qeyd olunub.
Əks halda kluba yeni çalışdırıcı gətiriləcək ki, namizədlər arasında Maurizio Sarri, Edin Terzic, Tomas Tuxel və bir müddət "Qalatasaray"ı çalışdırmış İqor Tudor var.