"Sevilya" "Qarabağ"ın hücumçusu Juninyonun transferi alınmasa, onun əvəzinə ispan futbolçunu transfer edəcək. 

Offsideplus.az ispan mətbuayına istinadən xəbər verir ki, Əndəlüs təmsilçisi Xavi Puado ilə yaxından maraqlanır. Yerli mətbuat bildirir ki, La Liqa klubu Juninyonun transferinin reallaşmayacağı halda "Espanyol"da çıxış edən hücumçunu heyətinə cəlb etməyi düşünür. 

Xavi müqaviləsinin müddəti başa çatmadan klubundan ayrılmağı düşünür. "Espanyol" isə artıq Puadonun mümkün gedişi halında yeni futbolçu axtarışına başlayıb.