"Barselona" rəhbərliyi Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi polşalı ilə yeni müqavilə imzalamaq niyyətindədir. Bu barədə məlumatı Fabritsio Romano yayıb. Klub rəhbərliyi hücumçunun bu mövsümkü performansına heyran olub. Polşalı ilə 2026-cı ilin yayına qədər saziş imzalanacaq.

Qeyd edək ki, Levandovski cari "futbol ili"ndə 20 qarşılaşmada 22 qol vurub, 2 məhsuldar ötürmə edib.