Orelen Çuameni "Real"dan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, fransalı ilə İngiltərə klubları yaxından maraqlanır. Söhbət "Liverpul" və "Mançester Siti"dən gedir.

Hər iki kollektiv yayda oyunçu üçün Madrid təmsilçisinə təklif göndərməyi planlaşdırır. 

Maraq üçün bildirək ki, Çuameninin "Real"la 2028-ci ilə qədər müqaviləsi var. Fransalının dəyəri 100 milyon avro olaraq göstərilib.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 22 matçda meydana çıxıb.