"Real"ın üzvü Vinisius Junior maraqlı addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, vinger Portuqaliya klublarından birini almağı planlaşdırır.

Məlumatı "Maisfutebol" nəşri yayıb. İnformasiyada braziliyalının Portuqaliya 2-ci liqasında çıxış edən "Alverka" klubu ilə maraqlandığı bildirilir.

Vinisius bunun üçün 10 milyon avro ödəməyə hazırdır. Ortalıqda rəsmi məlumat olmasa da, prosesin tezliklə başa çatacağı bildirilir.