"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" "Gimareyş"in oyunçusu Alberto Kosta ilə anlaşıb. Bu barədə "Matte Moretto" məlumat yayıb. 

Turin təmsilçisi futbolçu ilə sözdə 5 mövsümlük razılığa gəlib.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi 2024/25 mövsümündə Portuqaliya klubun forması ilə 21 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.