Super Liqa klublarından olan "Antalyaspor"da ayrılıq baş verib.

Offsideplus.az xəbər verir ki, komanda baş məşqçi Aleks De Souza ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəsisin rəhbərliyi altında Antalya təmsilçisi 21 oyuna çıxıb və 9 matçda qələbə, 3-də bərabərlik, 9 qarşılaşmada da məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, son oyunda "Trabzonspor"a 5 cavabsız qolla qalib gəlmişdilər.