Alfonso Deyvis gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, kanadalı müdafiəçi "Bayern"lə yeni müqavilə imzalayacaq. Bu barədə məlumatı "Marca" nəşri yayıb.
Münhen təmsilçisi yeni saziş üçün futbolçuya 25 milyon avroluq təklif edib. Deyvis bunu qəbul edərsə, Keyndən sonra komandada ən çox maaş alan ikinci oyunçu olacaq.
Qeyd edək ki, kanadalının "Bayern"lə müqaviləsi 2025-ci ilin 30 iyunun da başa çatacaq. Deyvislə "Real" da yaxından maraqlanır.