"Fənərbağça" mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Flamenqo"nun oyunçusu Ayrton Lukası heyətinə cəlb etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

27 yaşlı oyunçu müdafiə mövqeyində çıxış edir.

Qeyd edək ki, Lukasın Braziliya təmsilçisi ilə 2027-ci ilin dekabrına qədər müqaviləsi var.