"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin son durumu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AS dərgisi məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Niyə hələ də qış transferlərinə qərar verməmişik? Çünki düşünürəm ki, indi futbolçularla müqavilə imzalamaq vaxt itkisidir. Bu fəsadı həll etmək üçün daha 40 gün vaxtımız olacaq. Hər şey dəyişə bilər. Bundan əlavə, David Alaba tam qaydasındadır və tezliklə sıralarımıza qayıdacaq. Üstün olan xüsusları qiymətləndirmək gərəkdir".