Arda Güler Monteneqro ilə matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. O, Karlo Ançelotti ilə arasındakı məsələlərdən danışıb.

Offsideplus.az xəbər verir ki, türk ulduz "Real"da baş məşqçisi ilə heç bir problem yaşamadığını bildirib:

"Baş məşqçimlə aramda anlaşılmazlıq yoxdur. Bu il oynamağa daha çox vaxt qazanıram. Ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışıram. Orda hər şey yolundadır. Təbii ki, hər matç oynamaq yaxşı olar, amma heç bir problem yoxdur. Milli komandaya da xidmət etmək istəyirəm. Qollar vurmaq, məhsuldar ötürmələr vermək üçün əlimdən gələni edirəm".