"Barselona"nın ulduzunun təxmini geri dönəcəyi tarix müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Dani Olmonun "Sevilya" ilə oyuna kimi sağalacağı gözlənilir.

Görüş oktyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, futbolçu sentyabrın 15-də Kataloniya təmsilçisinin "Jirona"ya "4-1" hesabı ilə qalib gəldiyi görüşdə zədələnib.