"Yuventus"un keçmiş qapıçısı Voytsex Şesnı karyerasını "Barselona"da davam etdirərsə, Kataloniya klubu Turin təmsilçisinə təzminat ödəməli olacaq.
Offsideplus.az xəbər verir ki, polşalı qolkiper ilə "Yuventus" arasında razılıq var. Belə ki, Voytsex peşəkar futbol karyerasını yenidən davam etdirərsə, çıxış edəcəyi klub "qoca sinyora"ya maliyyə kompensasiyası ödəməli olacaq.
Qeyd edək ki, "Barselona"nın zədə səbəbindən sıradan çıxan Ter Ştegeni Şesnı ilə əvəzləməyi planlaşdırdığına dair xəbərlər gündəmdədir.