Madrid təmsilçisinin yeni ulduzu Endrik Santyaqo Bernabeuda ilk oyununda qol vurub.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi Endrikin vurduğu hər qol, assist və ya penalti üçün "Palmeyras"a 35 min avro ödəyəcək və bonus ödənişlərinin ümumi dəyərinin maksimum 12,5 milyon avroya qədər artacaq.
İki komanda arasındakı razılaşmaya əsasən, Endrikin qazanacağı fərdi mükafatların və oynayacağı matçların sayı da bonuslara daxil olacaq.