"Barselona" "Leyptsiq"in futbolçusu Dani Olmo ilə bağlı transfer çalışmalarını davam etdirir.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Bundesliqa klubu 60 milyon avro qarşılığında Olmonu satmağa razıdır.
Hazırda tərəflər arasında danışıqlar aparılır.
Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə "Leypsiq"in heyətində 25 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.