"Barselona"nın üzvü İlkay Gündoğan "Barselona"dan ayrılmayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Qeyd olunub ki, alman futbolçu Qətərin "Əl-Sədd" klubunun təklifini rədd edib.
Xatırladaq ki, adıçəkilən klub yarımmüdafiəçiyə 3 illik təklif göndərmişdi.
33 yaşlı oyunçunun Kataloniya klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.