"Jirona"nın hücumçusu Artem Dovbik komandadan ayrıla bilər.

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində "Atletiko" maraqlıdır.

Ancaq "Jriona" ukraynalını 40 milyon avrodan aşağı satmaq niyyətində deyil.

Futbolçu özü də Madrid təmsilçisinə keçmək niyyətindədir.

O, geridə qalan mövsümdə La Liqada 24 qolla bombardir olub.