"Atletiko"nun futbolçusu Saul karyerasını "Sevilya"da davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, növbəti mövsümün sonuna qədər bu klubda icarə əsasında çıxış edəcək.
Yarımmüdafiəçi ötən "futbol ilində" 49 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.