"Çelsi" və "Bavariya" "Barselona"nın və İspaniyanın U-19 millisinin hücumçusu Mark Giu ilə müqavilə imzalamaq imkanlarını araşdırır.

Offsideplus.az xəbər verir ki, futbolçunun 6 milyon avroya alına biləcəyi bildirilir.

Bununla belə, "Barselona" Giunu saxlamaq istəyir və ona yeni müqavilə təklif etməyə hazırdır.

18 yaşlı forvard kataloniyalıların yetirməsidir. Onun hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Ötən mövsüm ispaniyalı bütün turnirlərdə 7 oyun keçirib və 2 qol vurub.