Müdafiəçi Leonardo Balerdi "Marsel"dən "Atletiko Madrid"ə keçə bilər.

Offsideplus.az xəbər verir ki, argentinalının “Olimpik”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub, lakin futbolçu başqa komandaya keçmək variantlarını nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, 25 yaşlı oyunçu bu mövsüm Fransa Liqa 1-də 27 oyun keçirib və 2 qol vurub.