İngiltərə və Fransa klubları Ançelottiyə təklif göndərib.

Offsideplus.az xəbər verir ki, söhbət Davide Ançelottidən gedir. İtalyan mütəxəssisin xidməti ilə "Reyms" və "Lester Siti" klubları maraqlanır.

Qeyd edək ki, Davide "Real Madrid" klubunda Karlo Ançelottinin köməkçisidir. Bildirilir ki, o, 2024-25 mövsümünü atasının köməkçisi olaraq davam etdirmək istəyir.