"Bayer04"ün və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtz "Barselona"nın əsas transfer hədəfinə çevrilib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko bunun ilk böyük transfer olacağını gözləyir. "Barselona" hazırda maliyyə problemləri yaşayır, lakin rəhbərlik 2025-ci ildə yüksək səviyyəli sövdələşmələri ödəyə biləcəklərinə inanır. Bu zaman Deku Virtzi kluba gətirmək istəyir.