La Liqada 2023-24 mövsümünün futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu ada Cud Bellinqem layiq görülüb. İngiltərəli yarımmüdafiəçi cari mövsüm "Real"ın heyətində 19 qol vurub, 6 assistə imza atıb.
Qeyd edək ki, "Kral klubu" tarixində 36-cı dəfə İspaniya çempionu olub.



