İspaniyanın “Leqanes” klubunun baş məşqçisi məlum olub.

Offsideplus.az “Marca” nəşrinə istinadən xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xavyer Aqirreyə tapşırılacaq. Onunla bu həftə rəsmi müqavilə imzalayacağı bildirilir.

Aqirre daha əvvəl İspaniyada “Atletiko”, “Osasuna”, “Saraqosa” kimi klubları çalışdırıb.

“Leqanes” hazırda La Liqada 5 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.