İspaniya mətbuatının yaydığı məlumata görə “Barselona” ilə “Jirona” klubları arasında Mark-Andre ter Ştegenin icarəyə verilməsi ilə bağlı ilkin təmaslar qurulub.

Offsideplus.az xəbər verir ki, icarə mümkün hesab olunur, lakin prosesin reallaşması bir neçə şərtdən asılıdır — ilk növbədə futbolçunun qərarı, həmçinin “Barselona” klubunun mövqeyi həlledici olacaq.