"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegenin qış transfer pəncərəsində komandanı tərk edəcəyi gözlənilir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, qolkiperin xidmətində "Jirona" və "Aston Villa" maraqlıdır.
Kataloniya təmsilçisi də futbolçunun transferinə müsbət yanaşır.
Qeyd edək ki, almaniyalı qolkiper 2014-cü ildən “Barselona”nın formasını geyinir.



