“Real”ın baş məşqçisi Xabi Alonso komandadan gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Alonso mətbuat konfransında komandadakı gələcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Hazırda növbəti matç haqqında düşünürəm. Burada əsas olan “Real Madrid” və mənim komandaya necə kömək edə biləcəyimdir. Məsələ mən deyiləm”.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.  12 xalı olan Madrid təmsilçisi  hazırda turnir cədvəlində 7-ci yerdədir.