"Meydanda azlıqda qalandan sonra daha çox mübarizə aparmağa başladıq".

Offsideplus.az xəbər verir ki, bunu "Real Madrid"in baş məşqçisi Xabi Alonso "Selta"ya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. O, bunları da əlavə edib:

"Gözlədiyimiz nəticəni ala bilmədik. Güclü rəqibə qarşı yüksək tempdə pressinqlə oynamaq istəyirdik, lakin nəsə çatışmadı. Eder Militaonun zədəsi planlarımızı pozdu. Bu, pis xəbərdir. Bizim zədələrlə bağlı çoxlu problemlərimiz var".

Qeyd edək ki, "Real Madrid" 18 ildən sonra "Santyaqo Bernabeu"da "Selta"ya uduzub. "Kral klubu" La Liqadakı son 5 oyunun 4-də xal itirib.