Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı qolkiper "Sanayispor"la müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

N.Əliyeva ötən mövsümü Super Liqanın digər təmsilçisi "Fatih Vatan"da keçirib.