Misli Premyer Liqasının XIV turunda bu gün "Sabah" "Neftçi"ni qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, tərəflər arasındakı ilk dövrədəki oyunda hesab açılmamışdı.
"Sabah" 25 xalla 3-cü, "Neftçi" isə 16 xalla 8-ci yerdədir.
İki komandada da ciddi itki yoxdur.
Misli Premyer Liqası, XIV tur
8 dekabr (bazar ertəsi)
20:00 “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”



