"Barselona"nın baş məşqçisi Hansi Flik yanvarda komandasında yeni müdafiəçi görmək istəyir.

Offsideplus.az xəbər verir ki, əsas hədəflərdən biri Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbekdir.

Flik onun gəlişindən sonra Pau Kubarsinin öz orijinal mövqeyində oynayacağını düşünür.

Bu barədə katalon klubuna yaxınlığı ilə bilinən "Sport" nəşri məlumat yayıb.

Amma "Barselona" transfer edə bilmək üçün ilk növbədə 1/1 qaydasına əməl etməlidir.

Bu qayda o deməkdir ki, yalnız qazandığın qədər xərcləyə bilərsən.

Şlotterbek 2022-ci ildən "Borussiya"da çıxış edir. O, burada ümumilikdə 137 oyuna çıxıb.

26 yaşlı müdafiəçinin "arılar"la müqaviləsi 2027-ci ilin yayında başa çatır.

"Transfermarkt" portalına görə onun bazar dəyəri 40 milyon avrodur.