La Liqada XIV turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, ötən gecə baş tutan matçda "Jirona" "Real Madrid"i qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıb.

"Kral klubu" ikinci hissədə status-kvonu bərpa etsə də, bundan artığına gücü çatmayıb.

Madrid təmsilçisinin yeganə qolunu penaltidən Kilian Mbappe vurub.

Bununla da, Xabi Alonsonun komandası La Liqada ardıcıl 3-cü oyunda xal itirib. Onlar eyni zamanda liderliyi də əldən verib.

İspaniya çempionatın yeni lideri 34 xalla "Barselona" olub. Onlar bu tur "Nou Kamp"da "Alaves" 3:1 hesabı ilə məğlub etməyi bacarıb.