“Real Madrid”in müdafiəçisi Dani Karvaxal La Liqa prezidenti Xavyer Tebasa “Instagram” üzərindən açıq şəkildə cavab verib.

Offsideplus.az xəbər verir ki, futbolçunun cavabı sərt alınıb:

“Cənab Tebas, qaydaları pozmaq yarışmanı korrupsiya ilə eyniləşdirmək deməkdir.

RMTV videoları haqqında istədiyinizi deyə bilərsiniz, amma baş verənləri görməzliyə vura bilməzsiniz — bu, qayda pozuntusudur.

Əgər oyun baş tutarsa, bu, sizin yarışmanıza kölgə salacaq.

Gününüz xoş keçsin.”

Karvaxalın bu paylaşımı “Villarreal – Barselona” qarşılaşmasının Mayamidə keçirilməsi planına qarşı narazılığın artdığı bir vaxtda gəlib.